Başlanğıc
Başlanğıc
Bir neçə addıma WhatsOTP hesabını yaradın və ilk API sorğunuzu göndərin.
Addım-addım quraşdırma
- 1WhatsOTP.az saytında qeydiyyatdan keçin.
- 2Dashboard-a daxil olun.
- 3Tools > API Keys bölməsində yeni API açarı yaradın.
- 4WhatsApp hesabınızı qoşun və statusun “Connected” olduğuna əmin olun.
- 5Sandbox və ya prod mühitində ilk test sorğunuzu göndərin.
Əsas API ünvanı (base URL)
Bütün endpoint-lər eyni baza ünvanı ilə başlayır:
https://api.whatsotp.az/v1Qeyd: Bu URL nümunədir. Backend konfiqurasiyasına uyğun olaraq dəyişdirə bilərsiniz.
API Key & Authorization
Bütün sorğularda Authorization header-də Bearer token kimi API açarınızı göndərin.
Authorization: Bearer YOUR_API_KEY_HERESürətli yoxlama sorğusu
Aşağıdakı nümunə hesab və API açarınızın düzgün qurulduğunu yoxlayır.
curl -X GET "https://api.whatsotp.az/v1/account" \
-H "Authorization: Bearer YOUR_API_KEY" \
-H "Accept: application/json"Uğurlu cavab nümunəsi:
{
"status": "ok",
"account_id": "acc_123456",
"plan": "professional",
"whatsapp_connected": true
}